Kamilə Əliyeva: “Bu günkü güclü və qüdrətli Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin şah əsəridir”

Kamilə Əliyeva: “Bu günkü güclü və qüdrətli Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin şah əsəridir”

“Bu günkü, azad, demokratik, güclü və qüdrətli Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib. Onun sözlərinə görə, 1991-ci il də, Azərbaycan öz dövlət müstəqilliyini qazansa da, o zamanki, Ayaz mütəllibov hakimiyyətinin, daha sonar AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi nəticəsində müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir: “Dövlətimizi və xalqımızı üzləşdiyi faciələrdən məhz xalqın çağrışı ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Dahi Öndərimiz Heydər Əliyev xilas etdi. Ulu Öndərimizin rəhbərliyi altında mətinliklə aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordu yaradıldı, sosial-iqtisadi inkişafa, möhkəm əsaslara söykənən sabitliyə nail olundu. Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmləndi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Dahi Öndərimiz Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. 1995-ci il də Azərbaycanın Ana Yasasının qəbulu ölkəmizdə hüquqi-demokratik dövlət quruculuğunun daha geniş tərzdə həyata keçirilməsinə imkanlar yaratdı”. Millət vəkili K.Əliyevanın sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ölkəmizin davamlı inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin uğurla davam etdirildiyini göstərir: “Ulu Öndərimiz Heydər Əliyev 2003-cü ildə xalqa ünvanlanan tarixi müraciətində əsasını qoyduğu siyasətin davam etdiriləcəyinə əminliyini ifadə etmişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ötən dövrdə Ümummilli Liderin layiqli davamçısı Prezidentimiz İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Məhz buna görə də, Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə Onun daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir. Son 16 ilin stastikasına nəzər salsaq görərik ki, ölkəmiz nə qədər böyük uğurlara imza atıb. Beləki, 16 il ərzində iqtisadiyyatımız 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə artmış, işsizliyin səviyyəsi 5 faizədək enmiş, yoxsulluq təxminən 10 dəfəyədək azalmışdır. Valyuta ehtiyatlarımız 24 dəfə artaraq 44 milyard dollara bərabərdir. Ölkəmizin iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulmuşdur. Əminliklə demək olar ki, öncəki illərdə dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi hələ çox uğurlara və nailiyyətlərə imza atacaq”.

Gülyanə

sia.az

Bütün xəbərlər Facebook səhifəmizdə