YAP rəhbərliyi Fəxri Xiyabanda olub

YAP rəhbərliyi Fəxri Xiyabanda olub

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü günüdür. Bu gün münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə Fəxri xiyabanda onun məzarını ziyarət edib.

SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, YAP icra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarları ziyarət edərək, önünə əklil və gül dəstələri qoyub, ehtiramlarını bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə