Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbir Beynəlxalq Mətbuat Mərkəzində işinə başlayıb.
Toplantıda Azərbaycanda və dünyada söz və ifadə azadlığı sahəsindəki vəziyyət, bu müstəvidə nəzərəçarpan meyllər müzakirə olunub, 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd edilməsini zəruriləşdirən məqamlar barədə söhbət açılıb.
Konfransda kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və dövlət rəsmiləri iştirak edirlər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB