Prezident İlham Əliyev Davosda Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə naharında iştirak edib
Yanvarın 27-də Davosda 41-ci Dünya İqtisadi Forumu çərçivəsində Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə nahar mərasimi olub.
SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dünyanın məşhur siyasət və biznes dairələrinin nümayəndələrinin bir araya gəlmələri və fikir mübadiləsi aparmaları baxımından xüsusi əhəmiyyətə malik nahar mərasimində Azərbaycana olan maraq daha çox hiss olunurdu. Bu da ilk növbədə, son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əhəmiyyətinə, Azərbaycanın malik olduğu potensiala söykənir. Dövlətimizin başçısının mərasimdən öncə keçirdiyi görüşlər də Azərbaycanın iqtisadi nailiyyətlərinin dünyanın işgüzar dairələrinin diqqət mərkəzində olduğunu təsdiqləyir.
Mərasimdə çıxış edən Avstriyanın federal kansleri Verner Fayman, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Ukrayna Prezidenti Viktor Yanukoviç və başqaları Dünya İqtisadi Forumunun mahiyyətinə diqqət çəkərək forumun iqtisadi-siyasi əlaqələrin qurulmasındakı əhəmiyyətindən danışdılar. Bildirildi ki, forumun gündəliyi genişdir və burada təmsil olunan dövlətlərin nümayəndələri müzakirələrə qatılaraq ölkələrində gedən proseslər, əldə olunan uğurlar barədə forum iştirakçılarına məlumat verə bilərlər.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB