Paşinyan avropalıları müharibəni qızışdırmaqda ittiham edib

Paşinyan avropalıları müharibəni qızışdırmaqda ittiham edib

Ermənistanın baş naziri Nikol Paşinyan, beynəlxalq görüşlərdə, ağrılı mövzulara toxunmaq üçün tərəddüd etmir, rəqiblərini səhvlər etməkdə günahlandırır. SİA-nın məlumatına görə bu Ermənistana məxsus tert.am saytında dərc olunub və qeyd olunub ki, növbəti belə bir təzahür AŞPA-da olub.

Sözügedən saytda qeyd olunub ki, bir tərəfdən, AŞPA-nın Ermənistandakı pozitiv rolu barədə, digər tərəfdən isə, Dağlıq Qarabağ məsələsinin nizamlanmasından danışan Paşinyan avropalıları 2016-cı ilin aprel döyüşlərinə görə ittiham edib və günahlandırıb.

“Qeyd etməyə bilmərəm ki, 2016-cı ilin yanvarında AŞPA-da keçirilmiş Dağlıq Qarabağ məsələsinin müzakirəsi eyni ilin aprelində başlayan dörd günlük müharibənin başlanğıcı olub və Azərbaycanın silahlı qüvvələri tərəfindən hərbi əməliyyatların başlanması üçün əlverişli şərait yaradıb. Mən əminliklə təsdiq etmək istəmirəm ki, bu qəsdən, bilərəkdən edilmişdi, amma bu müzakirələrin və sənədlərin müəllifləri müharibənin qızışdırıcıları oldular, hansıki bu Ermənistana, Dağlıq Qarabağa və Azərbaycana yüzlərlə insanın həyatı bahasına başa gəldi”-deyən baş nazir avropalıları günahkar hesab etdiyini gizlətməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə