"Ermənilər öz əməlləri ilə terrorçu obrazı formalaşdırıblar” ÖZƏL-MÜNASİBƏT
“Tarixin hər bir dönəmində ermənilər törətdikləri əməlləri, xainlikləri ilə bir terrorçu obrazı formalaşdırıblar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, amma ermənilər öz cinayətkar obrazını gizlətmək və özlərini yazıq erməni xalqı kimi təqdim etməklə daha çox dünya ictimaiyyətin diqqətini özlərinə cəlb etmək məqsədilə mütəmadi olaraq qondarma soyqırımı məsələsini ortaya atırlar: “Həm də ara-sıra təzminat məslələri də səsləndirirlər, qondarma soyqırımın ildönümü ilə bağlı tədbirlər keçirirlər. Bu istiqmətdə erməni lobbisi tarixən öz siyasətini aparıb. Yəni burda əsas məqsəd isə azərbaycanlılara qarşı törədilən soyqırımları dünya ictimaiyyətin diqqətindən yayındırmaqdan ibarətdir. Artıq dünya da yaxşı bilir ki, kim cinayətkardır, kim soyqırıma məruz qalan xalqdır. Biz də bu məsələdə arxayın oturmamalıyıq. Mütəmadi olaraq bəşər tarixinin ən son soyqırımları olan ermənilərin törətdikləri Xocalı soyqırımını bu ərəfədə daha da geniş təbliğ etməliyik. Çalışmalıyıq ki, ermənilər beynəlxalq siyasi arenalarda tamamilə uduzub bir cinayətkar xalq kimi məhv olsun və dünyadan heç bir dəstək ala bilməsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB