"Büdcəni mənimsəyənlər qanun qarşısında cavab verməlidirlər"

"Büdcəni mənimsəyənlər qanun qarşısında cavab verməlidirlər"

“Hesablama Palatası öz işini elə səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumlar büdcə vəsaitinin dağıdılmasına, onun mənimsənilməsinə imkan verilməsin. Dəfələrlə Milli Məclisdə mənimsənilən vəsaitlərin geri qaytarılması ilə bağlı məsələ müzakirə olusa da bu cür hallara hələ də son qoyulmur”. SİA-nınx əbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentinin bu gün keçirilən iclasında Hesabalama Palatasının hesabatı müzakirə olunarkən deyib.

O bildirib ki, dövlət büdcəsinə neqativ yanaşmaların qarşısını alınmasını düşünməliyik: “Elə etməliyik ki, başqa qurumların Hesablama Palatasının təsir sıfıra endirilsin. Bir sıra sahələr üzrə nöqsanlar göstərilsə də, çıxarılan nəticə o qədər də ürək açan deyil.Hesabatda qeyd olunur ki, Bakı şəhərində Mənzil İstismar Sahəsi, eləcə də Baklda fəaliyyət göstərrən Yaşıllaşdırma İdarələri tərəfindən vəsait büdcəyə geri qaytarılıb. Amma nədənsə onların rəhbərlərinə “qaşın üstə gözün var” deyilməyib. Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var dövləti haqqında mətbuatda geniş yer ayrılır. Hesab edirəm ki. bütün bunlar zamanında araşdırılmalı, hüquq mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyən, pul oğurlayanlar qanun qarşısında ciddi şəkildə cavab verməldirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə