Ərdoğan Moskvaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, Ərdoğan səfər zamanı Suriya ərazisində YPG-yə qarşı hərbi əməliyyatların başlanmasını müzakirə etmək planlarını açıqlamışdı.

Bundan başqa, Türkiyə lideri Suriyaya məxsus olmuş Qolan təpəliklərinin Ağ Ev tərəfindən İsrail ərazisi kimi tanınmasını, S-400 zenit-raket kompleksinin Türkiyəyə satışı və “Türk axını”nın tikinti ilə bağlı müzakirələr aparacaq.

İki ölkə liderlərinin iş adamları ilə birgə iclasa da qatılacağı məlumdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə