“Türkiyədə iqtisadiyyatı biz idarə edirik. İqtisadiyyatın rəhbəri hazırda Türkiyənin dövlət başçısı olaraq mənəm. Çox təəssüf ki, Türkiyədə bununla bağlı dəyərləndirmə Kandil, Pensilvaniya tərəfindən aparılır. Oradan gələn təlimatlarla siyahılar hazırlanır. Bələdiyyə sədrliyinə namizədlər, bələdiyyə məclis siyahıları buna görə hazırlanır”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunun Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğan çıxışında deyib.
O bildirib ki, Türkiyə xalqının hüzurunu qaçıranlara fürsət verilməyəcək: Bələdiyyə seçkiləri ilə bağlı ölkəmizə yönələn təzyiqlərin artmasının məqsədi Türkiyənin yollarını bağlamaqdır. Bu ölkədə nə badımcan, nə pomidor, nə də kartof sıxıntısı var. Operativ şəkildə satışla bağlı addımlar atdıq qiymətlər düşmədimi?. Bu qardaşınız 4 il yarımdır ki, dövlətə rəhbərlik edir, qardaşım Binəli Yıldırımın da İstanbulun bələdiyyə sədri olacağına inanıram. Burada yeni addım atacağıq. Biz sizə əfəndi olmağa deyil, xidmətçi olmağa gəlirik”.
Ərdoğan bildirib ki, bələdiyyə seçkilərindən sonra ilk iş Suriya ilə bağlı məsələni həll etməkdən ibarətdir: “ Bu millətin çörəyinə, işinə göz dikənləri bağışlamayacağıq. Silahlı terrora qarşı mübarizə aparmaqda nə qədər qərarlıyıqsa, iqtisadi terrorun aradan qaldırılmasında da o qədər qərarlıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB