“Cənab Prezident bütün görüşlərdə və danışıqlarda eyni mövqedən çıxış edir. Bu, bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və öz ərazi bütövlüyümüzü təmin etmək haqqımızdır: “Ən əsası da odur ki, dünya gücləri işğalçı Ermənistana bir tədbir görməsə də Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir. Düşünürəm ki, mövqemiz dəyişməz qalacaq və torpaqlarımızı işğaldan azad edəcəyik. Danışıqlar masası üzərində kifayət qədər məsələlər var ki, tərəflərlə razılaşdırılıb müəyyən addımlar atmaq mümkündür. Əgər həmsədrlər sülh yolu ilə münaqişənin həllini istəyirlərsə, mütləq status-kvonun dəyişdirilməsi istiqamətində hərəkətə keçməlidir. Belə olsa, biz də görərik ki, münaqişənin həlli istiqamətində nə isə bir razılq əldə olundu. Biz çox istərdik ki, həmsədrlərin atdığı addımların bir nəticəsi olsun”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB