"Çin dominant deyil, konstruktiv rol oynamaq fikrindədir"

"Çin dominant deyil, konstruktiv rol oynamaq fikrindədir"

VII Qlobal Bakı Forumu öz işini davam etdirir. SİA-nın xəbərinə görə, Forum çərçivəsində "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu: Çin, ABŞ Rusiya və Avropa İttifaqı" mövzusunda panel başlayıb.

Paneldə çıxış edən Xarici işlər üzrə Çin Xalq İnstitutunun Prezidenti Vu Hailonq bildirib ki, dünya ÜDM-nin 50 faizi Çinə məxsusdur: "Çinin Avropa İttifaqı ilə ticarət əlaqələri genişlənir. Çin nəhəng dövlətlərdən biri olaraq sülh, əmin-amanlıq proseslərində iştirak edir. Çin "bir yol bir kəmər" adlı layihəsi altında bütün dövlətləri birləşdirir. Dünyaya sülhü yayırıq. Biz istəməzdik ki, dominant mövqeyə malik olaq. Biz konstruktiv rol oynamaq fikrindəyik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə