Ramiz Həsənov: “Yanacaqdoldurma məntəqələrində Aİ 95 markalı benzinin əvəzinə Aİ 93 markalı benzinin vurulması faktı aşkarlanıb”
Yaxın bir il ərzində Azərbaycandakı taksilər tamamilə dəyişdiriləcək və yeni standartlara uyğun olacaq. Tədricən taksilərin rəngləməsi prosesi yekunlaşacaq. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. Azərbaycan Nazirlər Kabineti ölkədə "Euro-3" və "Euro-4" standartlarının tətbiq edilmə müddətini müəyyənləşdirdiyini deyən komitə sədrinin sözlərinə görə, hökumətin qərarı ilə ölkədə "Euro-3" standartı 2012-ci ildə, "Euro-4" standartı isə 2015-ci ildə tətbiq ediləcək. Belə ki, "Euro-2" standartının tətbiqi ilə bağlı bu il yeni laboratoriyanın tikilməsi də nəzərdə tutulub.
Komitə sədri həmçinin benzinin keyfiyyəti ilə bağlı gündəlik yoxlamalar keçirildiyini də bildirib: "Bəzən Aİ 95 markalı benzinin əvəzinə Aİ 93 markalı benzin vurulur. Lakin ötən illərə nisbətən belə hallar xeyli azalıb. Bakıda belə hadisələr demək olar ki, olmur. Ancaq ucqar rayonlarda belə hallar müşahidə olunur".
Ramiz Həsənov eyni zamanda avtomobillərdən buraxılan qazların miqdarını müəyyənləşdirmək üçün rayonlarda yeni laboratoriyanın tikiləcəyini də qeyd edib: " Əsasən, Lənkəran, Sumqayıt, Salyanda laboratoriyalar tikiləcək. Gəncədə isə metroloji laboratoriya tikilib istifadəyə verilib. Sumqayıtda neft-kimya laboratoriyası və qazometrik laboratoriya tikilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB