Azər Badamov: “Paşinyan başa düşmür ki, Azərbaycanı yox, öz xalqını aldadır ” MÜSAHİBƏ
Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi
- Azər müəllim, Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını Azərbaycanın işğal olunan ərazilərində - Xankəndində keçirtdi. Bunu Paşinyanın münaqişənin sülh yolu ilə həllindən imtinası kimi qiymətləndirmək olar?
- Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını Azərbaycanın işğal olunan ərazilərində keçirilməklə beynəlxalq hüquq normalarını kobud şəkildə pozub. Ermənilərin dediyi “Qarabağ xalqı” yoxdur, erməni icması var. Həm də sübut olundu ki, Azərbaycan torpaqlarını Ermənistan işğal edib və danışıqlar da iki ölkə arasında aparılmalıdır.
- Paşinyanın bu cür addımı ATƏT-in Minsk Qrupunun fəaliyyətinə təhqir kimi qiymətləndirmək olar?
- Təbii ki, Paşinyanın bu addımı ATƏT-in Minsk Qrupun fəaliyyətinə təhqirdir. Yəni, Paşinyan ATƏT-in Minsk Qrupunu saymır və münaqişənin danışıqlar yolu ilə həll edilməsində qaçdığına bir mesaj kimi qəbul etmək olar. Paşinyan yenə də sərsəmləyərək xalqların sülhə hazırlamağından danışır. Əgər Azərbaycan torpaqları işğal altında qalırsa burda hansı sülhə hazırlamaqdan danışmaq olar? Ümumiyyətlə, məntiqsiz fikirləri gündəmə gətirməyə çalışan Paşinyan başa düşmür ki, Azərbaycanı yox, öz xalqını aldadır. Çünki xalqları sülhə hazırlamaq üçün birinci problem həll olunmalıdır. Əgər yenə də Paşinyan öz sərsəmliyini davam edərsə təbii ki, nəticəsi ermənilər üçün ağır olacaqdır.
- Məsələyə hələ də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin reaksiya verməməsi nədən irəli gəlir?
- Məsələ ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin susqunluğu onların münaqişəyə son qoydurulmasında maraqlı olmadıqlarının göstəricisi hesab edirəm. ATƏT-in Minsk Qrupunun həmsədrləri görünüşdə ədalətin bərpasına çalışdıqlarını göstərsə də, əslində onların heç bir fəaliyyəti yoxdur. Ümumiyyətlə, dünyada beynəlxalq hüquq və normaların təminatı yoxdur. Belə ifadələr kimlərinsə sifarişlərini yerinə yetirmək üçün istifadə etdiyi alət hesab edirəm. Çünki, beynəlxalq hüquq və ədalət olsaydı, uzun illər ərzində Azərbaycanın ərazi bütlüyünün bərpası ilə bağlı qəbul olunmuş BMT qətnamələri icra olunardı. Ona görə də, hesab edirəm ki, dünyada ikili standartlar və müəyyən sifarişlərin icrası mövcuddur. Ayrı bir insan hüquqlarının təminatı, beynəlxalq hüquq və ədalət deyilən bir məhfum dünyada yoxdur.
- Cəbhədə erməni təxribatları baş verərsə, Azərbaycan 2016-cı il aprel zəfərini təkrarlaya bilərmi?
- Təbii ki, təkrarlaya bilər. Azərbaycan ordusu ən müasir silahlarla silahlanıb. Qarşısına qoyulan hər bir döyüş tapşırığını qısa bir müddət ərzində icra etməyə qadirdir. Ermənin Azərbaycan ordusu qarşısına çıxarmağa nə canlı qüvvəsi var, nə də silahları. Onlar bilirlər ki, Azərbaycan ordusu yenidən hərəkətə keçərsə, nəticəsi onlar üçün çox ağır olacaqdır. Ona görə də, nə qədər gec deyil, Paşinyan təxribat törətməklə bağlı deyil, işğala son qoymaq istiqamətində düşünməlidir
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB