Özgələrinin əlaltısı...

Sevinc Osmanqızı da istifadə olunanlardandır

Bu gün onun-bunun yalağı olan, adını "siyasi mühacir" qoyan mənəviyyat deyilən məfhumdan uzaq olan, qranta hər şeylərini satanlar parazitlərdir və bu murdar parazitlər getdikcə artır. Çünki istifadə olunub, yararsız olurlar. Belələrindən biri də Sevinc Osmanqızıdır.
Bu, o S.Osmanqızıdır ki, doğma Vətənini, dostlarını, bir zamanlar ona dəstək olanları, hətta sığındığı Amerikanı Mayamidəki evə, mal varlığına ...dəyişə bilir. Bu, o S.Osmanqızıdır ki, Xocalı faciəsində ermənilərə bəraət qazandırmaqla, bir daha iç üzünü nümayiş etdirib. Nə üçün Xocalı soyqırımı ilə bağlı, erməni vəhşiliyini sübut edən faktları təfsilatı ilə paylaşıb, öz "amerikalı dostlarına", eləcə də, izləyicilərinə həqiqəti aşılamır? Bütün dünya bilir ki, bu qırğını ermənilər törədiblər, elə isə bu olayda siyasi çalar axtarmağın mənası nədir? S.Osmanqızı o dərəcədə mənəviyyatsız və satqındır ki, hətta "20 Yanvar, 20 noyabr, Xocalı və xalqımızın başına gətirilən digər faciələrdə olanları bilmək haqqımız və borcumuz deyil" deyir. Doğurdan da, S.Osmanqızını, vəhşi, faşist adlandırsaq da, ondan da ağır bir söz axtarışına çıxdım. Tapdığım söz insan yox, İBLİS oldu. Bu iblis Xocalı faciəsi ilə bağlı "olanları bilmək borcumuz və haqqımızdır" deyir. Ancaq hətta Sarkisyan belə etiraf edir ki, Xocalıda insanları bilə-bilə qırıblar. Çünki bu adam və onun kimilər-orduxanlar, fəxrəddinlər, vidadilər, yunuslar, xədicələr və sırası, mənşəyi bilinməyən ünsürlər erməni təəssübkeşidirlər, vəssalam. Son günlər Avropada oturub, gecə-gündüz Azərbaycan əleyhinə aksiyalar təşkil edən bu ünsürlər ölkəsinin və hökumətin əleyhinə fikirlərlə daha çox qrant almaq davası aparmaqdadırlar.

Belə tərbiyəsizdən ailə də imtina edib

"Məni Sevinc Osman qızı Mirzəyeva ilə artıq heç nə bağlamır" deyən S.Mirzəyevanın bacısı Lalə Osmanqızı bildirib: "Onun kimlərinsə əlində siyasi oyuncaq olmasına üzülürəm. Bir atanın, bir ananın övladlarıyıq.» ABŞ-da yaşadıqdan sonra Sevincin siyasi mövqeyinin kəskin dəyişməsi onda təəssüf yaradıb: "Mənim dəfələrlə və təkidlə ona sağlam siyasi mövqe nümayiş etdirmək üçün təsir etməyimə baxmayaraq, o öz fikrindən əl çəkmədi. Mən dəfələrlə elektron media vasitəsilə Sevincin doğma vətənim Azərbaycan, onun siyasi rəhbərliyi barədə yazdığı fikirlərə tənqidi münasibətimi bildirmişəm, ailəmizin tərbiyəsinə yaraşmayan mövqedən əl çəkməsini böyük bacı kimi də tələb etmişəm. Onun möhtərəm Prezidentimiz İlham Əliyev və çox hörmətli Birinci vitse-prezident, xanım Mehriban Əliyeva haqqında yazdığı fikirləri ailəlikcə qətiyyətlə rədd etmişik. Onun bu məsuliyyətsiz mövqeyini siyasi səbatsızlıq hesab edirəm və onun kimlərinsə əlində siyasi oyuncaq olmasına üzülürəm" deyə L.Osmanqızı bildirib.
Bəli, S.Osmanqızı kimilər beynəlxalq siyasi qüvvələr tərəfindən geniş maliyyə vəsaiti xərcləyərək, onlardan Azərbaycana qarşı istifadə edirlər. Siyasi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasına fasilə verən kimi, bu parazitlər arasında bir-birinə qarşı ittihamlar başlanır. Əslində, bu proses onların əsl mahiyyətini və kim olduqlarını üzə çıxarır. Bu parazitlər anlamalıdırlar ki, Azərbaycanda onlara yer yoxdur. Onların əsl mahiyyəti alət olmaqdır və onlar öz istifadə müddətlərini çoxdan bitiriblər.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə