20 Yanvarda Bakı ilə yanaşı Gəncədə də qanlı cinayət törədilməsi planlaşdırılırdı. Bu məqsədlə yanvarın 18-də artıq qızıl ordunun əsgərləri Gəncə şəhər hava limanına gətirlmişdi. SİA-nın bölgə müxbirinin xəbərinə görə, Gəncədə yanvar qırğınının qarşısını alan şəxslərdən olan, hadisələrin canlı şahidi, o dövrdə Gəncə Dəmir Yolu Stansiyasının rəisi işləyən Yusif Məmmədov olanları belə xatırlayır: "Hərbi texnika ilə dolu ilk eşalon günorta saatlarında Gəncədə olmalı idi. Lakin qatarın qarşısı mənim rəhbərliyim ilə Ucar stansiyasında saxlanıldı. Bundan sonra əhali qatarın qarşısına canlı sədd çəkdi. Gələn 2674 nömrəli qatarda hərbi sursatların gətirilməsi bizə bəlli idi. Biz yerli əhali və azərbaycanlılardan olan vaqon bələdçiləri arasında təbliğat aparmışdıq. Təmir adı ilə qatarı saxlamaq barəsində göstəriş verdik. Baxış zamanlı qatarda iri texnikaların, tankların, silahların olduğunu gördüm. Əhali qatarın qarşısına canlı sədd çəkdi. Heç kim qatarın qarşısından qaçmadı. Düşünrəm ki, sovet generalları millətin vaxtından əvvəl oynmasını istəmədikləri üçün silahsız insanlara müqavimət göstərmədilər".
İkinci silah dolu qatarın qarşısı isə Kürdəmirdə alınıb. Burada da əhalinin böyük rolu olub. Vətəndaşlar artıq qabaqcadan fəlakətin baş verəcəyini anladığından növbəti təhlükənin vaxtında qarşısının alınmasını dərk edirdi. "Kürdəmirdə stansiyanın rəisi, uzun illər yüksək vəzifələrdə işləyən Allahverdi Bədəlova yaranan təhlükə barədə məlumat verdim. O mənə dedi ki, mən sistemdə "vurulan" adamam. Mən boynuma ala bilmərəm. Qatarın növbətçi hissəsindəki kitaba yazdırdım ki, qatarı mən saxladıram. Yəni məsuliyyət mənim boynumda qaldı. Vətənadaşların da təyziqi nəticəsində Gəncəyə hərəkət edən qatarın qarşısı alındı", Y.Məmmədov deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB