Hulusi Kiliç: "1990-cı il yanvar ayının 20-də baş verən hadisələr nəticəsində həyatlarını itirən bütün Azərbaycanlı bacı və qardaşlarımızı rəhmətlə yad edirik"

Hulusi Kiliç: "1990-cı il yanvar ayının 20-də baş verən hadisələr nəticəsində həyatlarını itirən bütün Azərbaycanlı bacı və qardaşlarımızı rəhmətlə yad edirik"

Türkiyә Cümhuriyyətinin Azәrbaycandakı sәfiri Hulusi Kiliç 20 Yanvar faciәsinin ildönümü ilә bağlı Azәrbaycan xalqına başsağlığı mesajı ünvanlayıb. Səfirlikdən SİA-ya verilən məlumata görə, mesajda deyilir: "Azərbaycan xalqının yaşadığı ən faciəli günlərindən biri olan 1990-cı il yanvar ayının 20-də baş verən hadisələr nəticəsində həyatlarını itirən bütün Azərbaycanlı bacı və qardaşlarımızı rəhmətlə yad edirik. Müstəqillik uğrunda həyatını itirən 20 yanvar şəhidlərinin əziz xatirəsi həmişə hörmətlə yad olunacaq. Dost və qardaş Azərbaycan xalqının kədərini ürəkdən paylaşır, bu kədərli hadisənin ildönümü münasibətilə Azərbaycanlı bacı və qardaşlarımızla həmrəyliyimizi bir daha bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə