"Ölkələr imkan verməməlidir ki, onlara məxsus şirkətklər beynəlxalq qanunları pozsunlar"

"Ölkələr imkan verməməlidir ki, onlara məxsus şirkətklər beynəlxalq qanunları pozsunlar"

"Etnik təmizləməyə məruz qalan azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar". SİA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər: Üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, digər münaqişələrdən fərqli olaraq Azərbaycanın hüquqi əsasları var ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə iddialı olsun.

Nazir vurğulayıb ki, işğal olunmuş ərazilərdə xarici ölkələrə məxsus şirkətlərin fəaliyyəti qəbulolunmazdır: "Bu məsələni Cenevredə olarkən orada qaldırdım. Bildirdim ki, bu, münaqişənin həllinə töhfə verməyən məsələdir. Əksinə, bu hal əngəllər yaradır. Biz bu xarici şirkətlərlə bağlı onların məxsus olduğu ölkələrə müraciət edəcəyik. Çünki burada məsuliyyət həmin ölkələrin üzərinə düşür. Ölkələr imkan verməməlidir ki, onlara məxsus şirkətklər beynəlxalq qanunları pozsunlar".

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə