Dünya Azərbaycanlilari 20 Yanvar şəhidlərinin xatirəsini yad edirlər

Dünya Azərbaycanlilari 20 Yanvar şəhidlərinin xatirəsini yad edirlər

20 yanvar faciəsinin 21-ci ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız anım mərasimləri keçirir, şəhidlərin xatirəsini yad edir, bir sıra tədbirlər vasitəsilə bu faciə haqqında yaşadıqları cəmiyyəti, digər xalqların diaspor təşkilatlarını məlumatlandırir, 20 Yanvar faciəsi, onun mahiyyəti barədə materialların icma və birliklərimizin nəzdində fəaliyyət göstərən media orqanlarında işıqlandırılmasını təmin edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi hər il olduğu kimi bu il də Rusiya Federasiyasının bir neçə şəhərində anılacaq. Moskvadakı Bakı kinoteatrında Azərbaycanın Rusiyadakı Səfirliyi ilə Ümumrusiya Azərbaycan Konqresi birlikdə anım tədbiri keçirəcək.

Konrqesin Sankt-Peterburq, Yekaterinburq, Xabarovsk, Ulan-ude, Samara, Tula, Ufa, Novosibirsk, Vladivostok, Həştərxan və digər şəhərlərdəki regional təşkilatları 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş müxtəlif tədbirlər təşkil edəcəklər.

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Konreqsinin Azərbaycanın bu ölkədəki Səfirliyi ilə birgə təşkil edəcəyi mərasimdə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılacaq, faciəyə həsr edilmiş dəyirmi masa keçiriləcək, şəhid olmuş insanların qəhrəmanlığından bəhs edən ədəbi-bədii tamaşa nümayiş etdiriləcək Konqresin Xarkov, Donetks, Dnepropetrovsk və digər bölgələrindəki regional qurumları da anım tədbirləri keçirəcəklər.

Minskdə də Belarus Azərbaycan İcmaları konqresi 20 yanvar faciəsi qurbanlarının xatirəsini Azərbaycanın bu ölkədəki Səfirliyi ilə birlikdə tədbir keçirərək yad edəcək. Anım mərasiminə toplaşanlara faciədən bəhs edən sənədli film göstəriləcək, bu qanlı tarix bir daha videogörüntülərdə izlənəcək.

Benilüks Azərbaycanlıları Konqresi (BAK) Niderlandın Amsterdam şəhərində xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin 21 illiyi münasibətilə "Benilüks News" qəzetinin 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi buraxılışını nəşr edəcək və poçt vasitəsilə geniş auditoriyaya yayacaq. Bu ölkənin Den Haaq şəhətində isə Hollandiya Azərbaycanın Türk Kültür Dərnəyi anım tədbiri keçirəcək.

20 yanvar faciəsinin 20-ci ildönümüni Avropanın digər ölkələrində yaşayan soydaşlarımız da diqqətdə saxlayacaqlar. Fransanın Strasburq şəhərindəki "Strasburq Azərbaycan Evi", Tuluz şəhərindəki "Azərbaycanlı Tələbələrin Assosiasiyası" anım tədbirləri təşkil edəcəklər. Finlandiya Azərbaycanlıları Assosiasiyası "20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür" adlı anım tədbiri keçirəcək. Tədbirə türk icmalarının nümayəndələri, digər xalqların diasporlarının təmsilçiləri də dəvət olunub.

"Finlandiya Azərbaycan Dostluq Cəmiyyəti"ndə də yanvar şəhidlərinin xatirəsi anılacaq. Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti də 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirərək sənədli videokadrlar numayiş etdirəcək, hadisədən bəhs edən kitab və broşürlar yayacaq. İsveçin Yüteborq şəhərində isə Azərbaycan Federasiyası İsveç (AFİ) faciənin 21-ci ildönümünü anacaq. Tallində "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin keçirəcəyi toplantıda 20 Yanvar faciəsinə həsr olunmuş fotoşəkillər sərgilənəcək, film nümayiş etdiriləcək.

Litva Azərbaycanlıları Cəmiyyəti də 20 yanvar hadisəsinə aid faktları və reallıqları bir daha bu ölkənin ictimaiyyətinin nəzərinə çatdıracaq. Latviyadakı "Ocaq" Mədəniyyət Mərkəzi də 20 yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar tədbir keçirəcək. Budapeştdə fəaliyyət göstərən "Macar-Azərbaycan Dostluq Cəmiyyəti", Rumıniyadakı Azərbaycan Mədəniyyət və Gənclər Asossiasiyası, Kişineuda Moldova Azərbaycanlıları Konqresi, Praqada "Azər-Çex" Cəmiyyəti, Varşavada Azərbaycan-Polşa Birlik Assosiasiyası də ölkəmizin bu ölkələrdəki səfirlikləri ilə birgə Qanlı Yanvar qurbanlarını yad edəcəklər. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Berlin-Azərbaycan Evi ilə birlikdə "Azadlığa aparan yol" adlı anım mərasimi təşkil edəcək. Tədbirdə sənədli filmin nümayişi nəzərdə tutulub, sonra isə matəm musiqisindən ibarət bədii hissə təqdim olunacaq.

Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti də Berlində 20 yanvar faciəsi qurbanlarının xatirəsini anacaq. Frankfurt Azərbaycan Cəmiyyətiin keçirəcəyi anım mərasimində 20 Yanvar faciəsi ilə bağlı qonaqlara ətraflı məlumat veriləcək. Eyni zamanda yanvarın 20-də Frankfurtdakı Göte Universitetinin kitabxanasında Azərbaycan bölməsinin acılışı olacaq.

Bundan başqa Drezdendəki "Alm.Az." cəmiyyəti, Maqdeburq şəhərindəki Saxsen-Anhalt Vilayəti üzrə Alman-Azərbaycan cəmiyyəti, "Nürnberq Odlar Yurdu Cəmiyyəti", Ştutqart-Azərbaycan Kültür cəmiyyətinin keçirəcəyi anım mərasimlərində yanvar hadisələri barədə məruzələr təqdim ediləcək və 20 yanvardan bəhs edən sənədli film göstəriləcək.

Yanvarın 16-da isə "Berlin-Bakı" qalereyasında Azərbaycanın görkəmli heykəltəraşı Ömər Eldarovun sərgisinin açılışında 20 yanvaq qurbanlarının xatirəsi yad edilib. 20 yanvar faciəsini anma mərasimlərinə Kanadakı Kvebek Azərbaycanlıları Assosiasiyası, ABŞ-ın Nyu York şəhərindəki "Amerika Azərbaycanlıları Cəmiyyəti", Azərbaycan Nyu-York Assosiasiyası, Los-Anclesdə "Amerika-Azərbaycan Şurası", Hyuston–Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası da keçirəcəkləri tədbirlərlə qatılacaq.

Yanvarın 15-də İsraildə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİs) anım tədbiri keçirib. Tədbirdə faciənin tarixinə nəzər salınıb, şəhidlərin xatirəsi yad edilib. Assosiasiyasının prezidenti İ.Şaqal Azərbaycandan köçmüş yəhudilərin bu qanlı hadisəni hər zaman hüznlə xatırladıqlarını və Azərbaycan xalqının kədərinə şərik olduqlarını bildirib.

O qeyd edib ki, həmin gecədə arasında yəhudi xalqının nümayəndələri-məktəbli Vera Bessantina və Təcili yandım xidmətinin həkimi Aleksandr Marxevka da şəhid olub. O bütün faciə qurbanlarının xatirəsinin əziz tutulduğunu qeyd edib. Faciənin 21-ci ildönümü Türkiyənin müxtəlif yerlərində də qeyd olunacaq. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına (TADEF) üzv olan təşkilatlar İstanbul, İzmit, İzmir, Manisa, Çanaqqala, Bakıkesir, Muğla, Iqdır, Adana, Hatay, Aydın, Kocaeli və digər şəhərlərdə anım tədbirləri keçirəcəklər. Türkiyə-Azərbaycan Dərnəyi isə Ankara Keçiören Bələdiyyəsi ilə birlikdə 20 Yanvara həsr olunmuş tədbir keçirəcək.

Yanvarın 19-da Gürcüstanın Marneuli şəhərində "Azərbaycan Mədəniyyət Mərkəzi" 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirəcək, fotosərgi və bədii kompozisiya təşkil edəcək. Həmin gün "Qeyrət" xalq hərəkatı da 20 yanvar şəhidlərinin xatirəsini yad edəcək. Marneulidə keçiriləcək digər anım tədbiri isə Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr etdiyi elmi-praktiki konfrans olacaq. Tbilisidə isə Gürcüstan Azərbaycanlıları Konqresi "20 yanvar Azərbaycanın azadlığı və suverenliyi naminə mübarizənin rəmzidir" mövzusunda dəyirmi masa təşkil edəcək.

Daşkənddə "Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası", Astanada Qazaxstan Azərbaycanlıları İttifaqı bu ölkədəli Azərbaycan Səfirliyi ilə birlikdə, Almatida siə Qazaxıstan Azərbaycanlıları Assosiasiyası, Bişkəkdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu" Səfirliyimizə birgə anım tədbirləri keçirəcəklər. BƏƏ-dəki "Azərbaycan Cəmiyyəti" də 20 Yanvar qırğınının 21-ci ildönümünü və faciə qurbanlarının xatirəsini anacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə