I Bakı Beynəlxalq Moda Festivalına start verilir

I Bakı Beynəlxalq Moda Festivalına start verilir

Qeyri-adi bacarığı, özünəməxsus istedadı olan gənc xanım modelyerlərin I Bakı Beynəlxalq Moda Festivalına start verilir. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Nazrliyin uzunmüddətli əsasnaməsi və 2011-cu il üçün təsdiq olunmuş iş planına müvafiq olaraq keçirilən festival qadın geyimləri modası nümayişini əhatə edir. Festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, www.fashion.az saytının və moda agenliyinin iştirakı ilə həyata keçirilir.

Festivalın məqsədi modelyer-dizaynerlərin potensiallarının reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, gənclərin yaradıcılığına diqqətin cəlb olunması və gənclərin asudə vaxtının səmərəli təşkilindən ibarətdir.

Festivalda yaşı 18-29 olan gənc xanım modelyer-dizaynerlər iştirak edə bilər.

Festival iştirakçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən iştirak haqqında şəhadətnamə və qiymətli hədiyyələr ilə mükafatlandırılacaqlar.

İştirakçıların adları www.fashion.az saytında və KİV-də çap ediləcək.

Festivalda iştirak üçün hər ölkədən 3 nəfərdən ibarət modelyer komandası dəvət olunur. Festivalın qaydalarına görə Azərbaycanın 2 komanda ilə təmsil olunmaq imkanı var.

Bütün xəbərlər Facebook səhifəmizdə