YAP Səbail rayon təşkilatı 26 yaşını qeyd edib TƏDBİR + FOTOLAR
Bu gün Beynəlxalq Muğam Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təsis edilməsinin 26-cı ildönümünə həsr olunan tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, ölkənin aparıcı qəzetlərinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan YAP-ın ölkəmizin ictimai-siyasi həyatında, xalqımızın müstəqilliyin itirilməsi təhlükəsindən xilas olunmasında və respublikamızın dinamik inkişaf yoluna çıxarılmasında rolundan danışıb. Bildirib ki, YAP yarandıqdan sonra ilk təsis olunan rayon təşkilatlarından biri də Səbail rayon təşkilatıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf edərək mühüm nailiyyətlər qazandığını vurğulayan Ş.Hacıyev bu uğurlarda üzvlərinin sayı 700 mini ötən YAP-ın mühüm rol oynadığını bildirib. Diqqətə çatdırıb ki, bu gün YAP böyük ictimai-siyasi qüvvə olmaqla yanaşı, regionun ən böyük və qüdrətli partiyasıdır. Partiyanın avanqard qüvvələrindən olan YAP Səbail rayon təşkilatının üzvləri də ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
Sonra YAP Səbail rayon təşkilatının fəaliyyətini əks etdirən filmin nümayişi olub.
Daha sonra YAP Səbail rayon təşkilatının fəaliyyətində yaxından iştirak edən ictimai-siyasi xadimlər - Milli Məclisin üzvü Hadi Rəcəbli, YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə və YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü, “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev Fəxri Fərmanla təltif ediliblər.
Partiyaya yeni qəbul olunan fəallara üzvlük vəsiqələri təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB