"Xocalı -27 il"

YAP Ağstafa rayon təşkilatı Xocalı soyqırımının 27-ci ildönümünü andı

Dünən 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin törətdiyi Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı YAP Ağstafa rayon təşkilatı və Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları, ilk öncə, Xocalıda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Xocalıya aid qısametrajlı film nümayiş olundu.
Tədbirdə çıxış edən YAP Ağstafa raon təşkilatı gənclər birliyinin sədri Elvin İmaməliyev, qeyd edib ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı törədilmiş soyqırımdır. Qeyd olunub ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Musa Qocazadə çıxış edərək, bildirdi ki, hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi, Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibutti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır.
İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi anılır.
Rayon icra hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev, rayon Təhsil şöbəsinin baş məsləhətçisi Əli Cəfərov, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov və digər çıxış edərək, öz çıxışlarında dünyada qəbul olunmuş beynəlxalq konvensiyalarda və ümumibəşəri qanunlarda Xocalı faciəsi kimi soyqırımların pisləndiyini, yolverilməz olduğunu bildirdilər.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə