Baş vermiş qaz sızmasının ləğvi ilə əlaqədar bu gün saat 09:00-dan 18:00-dək Şamaxı, Çuxuryurd və Mədrəsə açıq qazpaylama stansiyalarında təbii qaz təchizatı dayandırılacaq. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, həmin müddət ərzində Şamaxı şəhəri, Kərkənd, Mədrəsə, Muğanlı, Mirikənd, Mərcəy, Qaravəlli, Qurdtəpəkənd, Məlhəm, Çuxuryurdkənd, Əngixaran və Pirqulu kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB