Bir müddət öncə Almaniya Federativ Respublikası (AFR) hökumətinin başçısı vəzifəsinə öz namizədliyini beşinci dəfə irəli sürməyəcəyini bəyan etmiş ölkə kansleri Angela Merkel fəaliyyətini vəzifə icrasının sonuna qədər davam etdirəcəyini bildirmişdi. Lakin o, bugünlərdə öz fikrini dəyişib. SİA xəbər verir ki, bu barədə “Fontanka” portalı “Chronicle” nəşrinə istinadən yazır.
“Öz planlarımı açıram: mən AFR-in kansleri kimi 2021-ci ilə qədər qalmağı düşünürəm”, deyə Merkel Lüksebmurqun baş naziri Ksavye Bettelemlə görüşündə bəyan edib.
Xatırladaq ki, Merkel böyük siyasətdən gedəcəyini hələ ötən ilin sonlarında bildirmişdi. Belə ki, o Almaniyanın federal hökumətinə 13 il rəhbərlik edib.
Bundan əlavə, Angela Merkel onu da bəyan etmişdi ki, sədri olduğu Xristian-demokratik ittifaqı partiyasındakı vəzifəsindən də istefa verməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB