"İslahatların əksəriyyəti Azərbaycan gəncliyinin inkişafına istiqamətlənib" RƏY-ÖZƏL
“Ümumiyyətlə ölkədə həyata keçirilən islahatların, atılan addımların, qəbul edilən dövlət proqramlarının əksəriyyəti mütləq şəkildə Azərbaycan gəncliyinə istiqamətlənib. Çünki, böyüməkdə olan gənc həm idarəetmədə, həm vətəndaş cəmiyyətində, həm təhsildə həm də digər sahələrdə rolu durmadan artmaqdadır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün verdiyi müsahibəsində Azərbaycan gənclərini dövlətə, Vətənə sədaqətli, cəsarətli olduğunu söyləməsi, dövlət başçısının ölkə gəncliyinə inamının göstəricisidir:
“Biz fevralın 1-də Azərbaycanda Prezidentinin iştirakı ilə gənclərin respublika toplantısında da bu inamın şahidi olduq. Dövlət başçısının gənclərin forumunda etdiyi nitq, gənclər haqqında yüksək fikirlər səsləndirməsi ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsi idi. Forumda ölkə başçısı gənc həyatında baş verən hadisələri gənclərlə paylaşması, onlara mühüm tövsiyələr verməsi hər kəs üçün bir örnək idi”.
C.Osmanov söyləyib ki, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi ölkəmizdə gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var: “Dövlət başçısının tapşırıqları ilə gənclərə geniş imkanlar açılır, dövlət işinə dəvət olunurlar. Azərbaycan gəncliyi bu diqqət və qayğını öz fəaliyyətini vətənpərvərlik, yüksək savadı, intellekt əsasında qurmalı, dövlətinin maraqlarını üstün tutub hər zaman qorumalıdır. Gənclərimiz Azərbaycanı sevməyən, inkişafını gözü götürməyən ünsürlərdən daim qorumağa hazır olmalı, dövlətimizi müxtəlif tribunalarda yüksək səviyyədə təmsil etməlidirlər. Bu gün belə gənclərimizin sayı az deyil, amma biz bununla kifayətlənməməli, milli maraqlarımızı üstün tutaraq öz sözlərini deməyi bacarmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB