Ötən il MNX-da 3924 xəstə üzərində 4001 əməliyyat aparılıb- STATİSTİKA
Neft sənayesi əməkçilərinin sağlamlığının etibarlı şəkildə qorunması, onlara yüksək keyfiyyətli tibbi xidmət göstərilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qurumun Sosial İnkişaf İdarəsi Səhiyyə Departamentinin tabelyində olan Mərkəzi Neftçilər Xəstəxanası, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Gəncə, Qazax, Bərdə, Quba, Şamaxıda yerləşən Müalicə-Diaqnostika Mərkəzləri və ARDNŞ-nin idarə və müəssisələrində sanitariya nəzarətini həyata keçirən Gigiyena və Epidemiologiya Mərkəzi neftçilərə və əhalinin digər kateqoriyalarına layiqli tibbi xidmət göstərir.
Statistikaya əsasən, 2010-cu ildə Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) poliklinikasına 440820, tibb məntəqələrinə 28971, "Neft Daşları" Tibbi Sanitar Hissəsinə isə 16014 xəstə müraciət edib. MNX-nın 496 çarpayıdan ibarət olan stasionar bölməsinə 9607 xəstə qəbul olunub ki, onlardan 5700-ü neftçi, 3605-i qeyri-neftçi, 302-si isə sığortalı xəstələrdir.
Ötən il ərzində Xəstəxanada 3924 xəstə üzərində 4001 əməliyyat aparılıb. Onlardan 1114-ü ürək, 2894-ü angioqrafiya, və 9-u orqan transplantasiyası əməliyyatları (bütün əməliyyatlarda donorluğu xəstələrin öz yaxın qohumları etmişlər) olub.
Ötən il MNX-nin doğum bölməsində 2265 uşaq dünyaya gəlib. 2010-cu ildə ARDNŞ-nin Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi humanitar aksiyalar çərçivəsində MNX-nin yüksək ixtisaslı tibb heyətləri Naxçıvan Müalicə-Diaqnqostika Mərkəzində bir sıra mürəkkəb müayinə və cərrahi əməliyyatlar aparıblar. İl ərzində MNX-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin, Göz Mərkəzinin, endoskopik cərrahiyyə, insan orqan və toxumalarının transplantasiyası, uro-nefrologiya şöbələrinin mütəxəssisləri tərəfindən 7 xeyriyyə aksiyası keçirilib. Aksiyalar zamanı Ürək-damar Xəstəlikləri Mərkəzinin mütəxəssisləri tərəfindən 400 xəstə müxtəlif tibbi müayinələrdən keçirilib, 160 xəstə angioqrafiya olunub, 47 xəstənin üzərində cərrahi əməliyyat aparılıb .
Həmçinin, 1 xəstəyə canlı donordan böyrək köçürülmüb, 4 xəstə üzərində uroloji əməliyyatlar, 15 xəstədə otorinolarinqoloji, 43 xəstə üzərində isə göz əməliyyatları aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB