“Paşinyan Türkiyə ilə münasibətlərin yaxşılaşdıracağını deyirdi” "JOXOVURD"
Ermənistanın “Joxovurd” qəzeti Nikol Paşinyan hakimiyyətinin qarşıdakı 5 ildə təsdiq etdiyi hökumət proqramını tənqid edən yazı ilə çıxış edib. SİA xəbər verir ki, tənqidləri sırasında qonşu Türkiyə ilə münasibətlərə də toxunan erməni nəşri yazır ki, sözügedən proqramda hökumət, qonşu Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması ilə bağlı bir cümlə də olsun qeyd etməyib.
“Hansı ki, Paşinyan daha öncələr bu ölkə ilə hər hansı bir şərt irəli sürmədən münasibətlərin yaxşılaşdırılması marağında olması ilə bağlı fikirlərini irəli sürürdü”, deyə yazan “Joxovurd”, sözügedən hökumət proqramında “beynəlxalq aləmdə erməni soyqırımının tanınması istiqamətində addımların atılması” müddəaların yer aldığını qeyd edib.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB