İlham Quliyev: "Müxalifətin dağılması qaçılmazdır"

İlham Quliyev: "Müxalifətin dağılması qaçılmazdır"

"Azərbaycan müstəqillik tarixinin siyasi nəzəriyyəsi göstərir ki, adları çəkilən bu qüvvələr xüsusilə də, AXCP və Müsavat yarandıqları gündən bir-biri ilə rəqabətdə olublar". Bunu SİA-ya açıqlamasında "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib. Onun sözlərinə görə, hətta həmin qüvvələrin hakimiyyətdə olduqları dövrdə də bir-birləri ilə yola getməyiblər: "Bu baxımdan da, onların bir ayara gələrək hər hansı bir birlikdə olmaları mümkün deyil. Demək olar ki, biz onların təşəbbüsü ilə meydana gələn müxtəlif siyasi birliklərini görmüşük. Eyni zamanda da onların acınacaqlı aqibətlə üzləşmələrini də seyr etmişik. Bir sözlə, adları çəkilən qüvvələrin bu birlikləri heç vaxt uğur qazana bilməyib. Ümumiyyətlə, partiya liderləri arasında olan intriqalar, fikir ayrılıqları onların bir araya gəlməsinə imkan verməyib və bundan sonrada mümkün deyil. Real odur ki, müxalifət dağılmağa məhkumdur".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə