“Çalışacağıq ki, fəal gənclərimiz seçkilərdə namizəd qismində iştirak etsinlər” AÇIQLAMA

“Çalışacağıq ki, fəal gənclərimiz seçkilərdə namizəd qismində iştirak etsinlər” AÇIQLAMA

“Seçki kampaniyasının bütün mərhələlərində gənclər öz töhfələrini verirlər”. SİA xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov YAP-ın Mərkəzi Qərargahında gənclərlə keçirdiyi görüşündə vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, partiyanın bütün kampaniyalarında, o cümlədən, seçki kampaniyalarında gənclər xüsusi fəallıqları ilə seçilirlər. “Bu baxımdan gənclər həmişə bizim diqqət mərkəzimizdə olub", deyə o, bildirib.

Eyni zamanda vurğulanıb ki, YAP öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər. Belə ki, qarşıdan bələdiyyə seçkiləri gəlir və partiyanın gəncləri həmin seçkilərdə namizəd kimi iştirak edəcəklər: "2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizədlər qismində iştirak etsinlər və özlərini sınasınlar. Ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə