"Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin böyük rolu var" ÖZƏL-ŞƏRH
“Müstəqil Azərbaycan Respublikasının gənclər siyasətinin banisi Ümummilli lider Heydər Əliyev bu siyasətin prioritetlərini müəyyən edərkən böyük uzaqgörənliklə ilk pillədə gənclərin vətənpərvər ruhda, xalqa, dövlətə və milli dəyərlərə bağlı olaraq yetişməsini qeyd edirdi və artıq dövlətimizin 25 illik gənclər siyasətində ana xətt kimi bu istiqamət dəyişməz qalır. Əslində bizim gənclər siyasətinin başlıca uğurunu şərtləndirən amil məhz budur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan gənclərinin respublika toplantısında ölkə başçımız nitqində də gənclərin müstəqilliyimizin nə qədər dəyərli olmasının fərqində olmalarını bir daha vurğuladı: “Bu günkü qloballaşan dünyada müxtəlif güclərin maraqlarının toqquşduğu, siyasi kataklizmlərin gərgin olduğu bir məqamda cənab Prezidentin gənclərə məhz dövlətin və xalqın maraqlarını hər şeydən üstün tutmaqla bağlı tövsiyyəsi olduqca əhəmiyyətlidir. Fikrimcə vaxtilə Ulu öndərin arzuladığı milli ruhlu, müasir biliklərə yiyələnmiş, fiziki cəhətdən sağlam, Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan gənclik formalaşmışdır. Bizim gənclərimizin səsi dünyanın ən nüfuzlu ali məktəblərindən, elmi mərkəzlərindən, beynəlxalq təşkilatların yüksək kürsülərindən, idman yarışlarından gəlir. Bugünkü Azərbaycan gənci dedikdə dünyanın ən müasir silahlarından, hərbi texnikasından məharətlə istifadə edən, hər bir qarış torpağımızın uğrunda canını, qanını əsirgəməyən, Aprel döyüşlərində düşməni diz çökdürən qəhrəman əsgərlərimiz göz önünə gəlir. Bugünkü Azərbaycan gənci dedikdə dövlətin yükünün altına çiyinləri duruş gətirəcək monolit bir qüvvə başa düşülür. Məhz bu baxımdan dövlətimiz ümidlidir, arxayındır. Amma, narahatçılıqlar da az deyildir. Müstəqilliyimizi, uğurlarımızı görmək istəməyən, həzm edə bilməyən qüvvələr çoxdur.
Azərbaycan Respublikaının Prezidenti bütün fəaliyyətini milli maraqlarımıza uyğun olaraq, xalqımızın mənafeyini nəzərə alaraq qurur. Bu da əlbətdə müəyyən xarici qüvvələrin maraqlarına, istəklərinə uyğun gəlmir. Biz bütün bunların nəticəsi kimi ölkəmizə qarşı yönəlmiş təzyiqləri, təhdidləri görürük. Əlbətdə ilk növbədə gənclərimiz ayıq-sayıq olmalıdırlar. Gənclər müasir texnologiyaların imkanlarından istifadə edərək informasiya müharibəsində ölkəmizin maraqlarını müdafiə etməlidirlər, müstəqilliyimizin əbədi olması üçün gənclərimiz üzərlərinə düşən böyük məsuliyyətin müqəddəsliyini hər zaman dərk etməlidirlər. Bu baxımdan Cənab Pezidentin bu günkü toplantıda nitqinin tezisləri təkcə orada iştirak edən gənclər üçün deyil, bütövlükdə bütün gənclərimiz üçün fəaliyyət istiqaməti olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB