"Səs" hər za­man öz dəs­t-xət­ti­ ilə fərq­lən­miş qəzetlər­dən bi­ri­dir" SƏS-28 - ÖZƏL-TƏBRİK

"Səs" hər za­man öz dəs­t-xət­ti­ ilə fərq­lən­miş qəzetlər­dən bi­ri­dir" SƏS-28 - ÖZƏL-TƏBRİK

"Müs­tə­qil Azər­bay­can mət­bua­tı­nın in­ki­şa­fı ta­ri­xində özü­nə­məx­sus ro­lu ol­muş "Səs" qə­ze­tinin ilk sayının çapdan çıxmasından 28 il ötür. 1991-ci il yanvarın 11-də ilk sayı çapdan çıxan "Səs" hər za­man öz xü­su­si möv­qe­yi, işi və dəs­t-xət­ti­lə fərq­lən­miş qəzetlər­dən bi­ri­dir". Bunu SİA-ya Milli Məclisin deputatı, "Ye­ni Azər­bay­can" qə­ze­ti­nin Baş re­dak­to­ru Hik­mət Ba­ba­oğ­lu "Səs" qəzetinin 28 illik yubileyi münasibətilə təbriklərini bildirərkən deyib.

Baş redaktor deyib ki, fəaliyyətə başladığı dövrün gərgin ictimai-siyasi şərtlərinə, üzləşdiyi çətinliklərə baxmayaraq, "Səs" qə­ze­ti öl­kə­miz­də baş ve­rən mü­rək­kəb ka­tak­lizm­lər döv­rün­də ic­ti­mai rə­yin düz­gün əsaslarda for­ma­laş­ma­sı­na, Azər­bay­can xal­qı­nın, döv­lət­çi­li­yi­nin ma­raq­la­rı­na və Ulu ön­dər Hey­dər Əli­ye­vin ide­ya­la­rı­nın pər­və­riş tap­ma­sı­na xid­mət edən bir möv­qe tut­ub. Mət­bua­tı­mı­zın ən çə­tin vaxt­la­rın­da, de­mək olar ki, gün­də­lik mət­bua­tın ol­ma­dı­ğı bir za­man­da Azər­bay­ca­nın ge­niş oxu­cu küt­lə­si­nin çox ma­raq­la, hə­vəs­lə növ­bə­ti nöm­rə­si­nin nəş­ri­ni göz­lə­di­yi qə­zet­lər­dən bi­ri də məhz "Səs" qə­ze­ti ol­ub.

"Səs" Azər­bay­can­da si­ya­si mə­də­niy­yə­tin for­ma­laş­ma­sın­da, ic­ti­mai mü­na­si­bət­lər­də ob­yek­tiv­li­yin və şəf­faf­lı­ğın or­ta­ya qo­yul­ma­sın­da xü­su­si xid­mə­ti olan bir qə­zet­dir.

Bu qə­zet heç za­man tək­cə cə­miy­yə­ti ob­yek­tiv, qə­rəz­siz in­for­ma­si­ya ilə tə­min et­mək­lə öz funk­si­ya­sı­nı bit­miş hesab et­mə­yib. O, ey­ni za­man­da, konk­ret möv­qe or­ta­ya qoy­maq­la, cə­miy­yə­tin si­ya­si tə­fək­kü­rü­nün düz­gün əsas­lar­da for­ma­laş­ma­sı­na tə­sir gös­tər­miş qə­zet­lər­dən­dir. "Səs" qəzeti ölkəmizdə baş verən siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında da yüksək operativlik nümayiş etdirərək bu mənada etibarlı xəbər mənbəyi olmağı bacarıb. Mövzu rəngarəngliyi, tariximizə, milli dəyərlərimizə göstərdiyi həssaslıq, dövlətçiliyimizin qorunmasında tutduğu düzgün mövqeyi və tarixi gerçəkliklərin işıqlandırılması istiqamətindəki fəaliyyəti də qəzetin daha çox maraq toplamasına səbəb olub.

Milli mətbuatımızın inkişafında xüsusi yeri olan "Səs" qəzetinin milli jurnalist məktəbimizin formalaşmasında da xidmətləri danılmazdır. Bir zamanlar bu qəzetin redaksiyasında çalışan bir çox həmkarlarımız bu gün müxtəlif sahələrdə və fərqli ünvanlarda fəaliyyət göstərsələr də, "Səs" qəzetinin "mətbəx"ində qazandıqları təcrübə ilə özlərini doğrultmağa davam edirlər. Çox şa­dam ki, bir jur­na­list ki­mi püx­tə­ləş­di­yim döv­rün bö­yük bir his­sə­si məhz mə­nə doğ­ma olan "Səs" qə­ze­ti i­lə bağ­lı­dır.

"Səs" qə­ze­tinin ilk sayının çapdan çıxmasının 28-ci ildönümü münasibətilə qə­ze­ti­n Baş re­dak­to­ru, hör­mət­li ziya­lı­mız Bəh­ruz Qu­li­ye­vi və qə­ze­tin kol­lek­ti­vi­ni təb­rik edi­r, gə­lə­cək fəa­liy­yət­lə­rin­də on­la­ra uğur­lar ar­zu­la­yı­ram".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə