Almaniyanın maliyyə naziri Olaf Şults ölkədə Fransadakı kimi "sarı gödəkçəlilər"in etiraz potensialının olduğunu deyib. Fransadakı vəziyyəti xatırladan Şults vergi və s. kimi məsələlərdən doğa biləcək etirazların qapıda olduğunu deyib və bunu “yağlı illər başa çatdı” ifadəsi ilə etiraf edib.
SİA xəbər verir ki, alman nazir “Bilid” qəzetinə verdiyi müsahibəsində Fransada aşağı maaşlara və bahalılığa qarşı "sarı gödəkçəlilər"in etirazlarını xatırladaraq, bu cür vəziyyətin Almaniyada da ciddiyə alınması vacibliyini bildirib.
“Bir çox insan evindən çıxarılarkən, haqlı olaraq yaşadığı səmtdə uyğun qiymətə qalacağı digər məkanı tapa bilməyəcəyindən qorxur. Almaniyada da ehtimal edilməyəcək dərəcədə "sarı gödəkçəlilər" etirazlarının baş verməsi təhlükəsi yüksəkdir”, deyən maliyyə naziri hökuməti buna hazır olmağa səsləyib.
Şults həyat bahalığının orta sinif insanlara da zərbə vuracağını istisna etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB