“Başa vurduğumuz 2018-ci il də Azərbaycan üçün uğurlu oldu. Ötən il əldə edilən nailiyyətlər ölkəmizin beynəlxalq imicinin artması ilə yadda qaldı”. Bu fikirləri SİA-ya açıqlamasında Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Ötən ildə Azərbaycanın dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı mövqeyini qoruyub saxladığını deyən deputat söyləyib ki, həyata keçirilən uğurlu siyasət Azərbaycanı güclü və milli maraqları qətiyyətlə qoruyan dövlətə çevirib.
T.Rzayev vurğulayıb ki, hazırda Azərbaycan Cənubi Qafqaz coğrafiyasının bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyır: “Respublikamızın ölkənin güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Sözsüz ki, müasir geosiyasi vəziyyətdə, siyasi çağırışların və xarici risklərin mövcud olduğu dövrdə müəyyən edilmiş siyasi hədəflərə çatmaq o qədər də asan olmayıb. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezidentimiz cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB