2018-ci ildə sosial sahədə əldə etdiyimiz UĞURLAR AÇIQLAMA-ÖZƏL
“2018-ci il Azərbaycanın sosial siyasət sahəsində kifayət qədər uğurlu il olub. Bütün dünyada ciddi həm iqtisadi, həm siyasi, həm də hərbi böhranlar olmasına baxmayaraq 2018-ci ildə Azərbaycan bu böhranlar içərisində sabitlik adası kimi yaşadı və daha yüksək iqtisadi, sosial uğurlara imza atdı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.
2018-ci ildə Azərbaycanın milli valyutasının digər xarici valyutalara nisbətən sabit qaldığını deyən deputat söyləyib ki, bu il inflyasiya aşağı səviyyədə, əhalinin gəlirləri isə inflyasiyadan bir neçə dəfə yüksək oldu ki, bu da nəticə etibarı ilə vətəndaşlarımızın sosial rifahın daha da yaxşılaşdırıldı. 
M. Quliyev söyləyib ki, cari ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqları qaldırıldı, pensiya və müavinətlər artırıldı: “ Hesab edirəm ki, bununla bütün Azərbaycan vətəndaşları, xüsusilə də regionlarda yaşayanlar ölkəmizdə onların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün dövlətin atdığı addımların bəhrəsini gördülər”.
Deputat vurğulayıb ki, bu il kənd təsərrüfatı, turizm, nəqliyyat sektorunda xeyli uğurlar əldə olunub ki, onların nəticəsində Azərbaycan gələn valyuta ehtiyatları artdı və vətəndaşlarımızın sosial təminatı bu sahədə yaxşılaşmış oldu: “Təhsil, mədəniyyət, səhiyyə sahəsində yeni müəssisələrin açılması, təmir olunması, vətəndaşların bu xidmətlərə əlçatanlığının daha da yaxşılaşması, 5 milyona yaxın vətəndaşın icbari, dövlət vəsaiti hesabına pulsuz müayinədən keçməsi, ehtiyacı olanların dövlət hesabına müalicə olunması göstərir ki, car ildə sosial sahədə heç bir problem olmadı və gələn il bundan daha da yaxşı olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB