Salome Zurabişvilinin inaqurasiya mərasimi Telavi şəhəərində keçiriləcək. SİA gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə mərasiminin hazırlanması üzrə təşkil olunmuş komissiyasının sədri Kaxa Kaxişvili deyib. Artıq prezident admisintrasiyasında inaqurasiyanın keçirilməsi ilə bağlı xüsusi komissiyanın iclası keçirilib. Belə ki, mövcud qanuna görə, mərasim parlamentin həyətində keçirilməlidir. Onun yerinin dəyişdirilməsi üçün isə qanunda dəyişikliklər edilməlidir. Bu haqda fikirlərini bildirən Kaxişvili işlərin aparıldığını deyib.
Xatrladaq ki, müxalifət seçkilərin nəticələri ilə razı deyil və onun nəticələrinin ləğvi, eləcə də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hakimiyyətə dekabrın 16-a qədər vaxt verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB