İstanbul prokurorluğu jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı iki nəfərin həbsini tələb edib. SİA-nın xəbərinə görə, bu barədə “Haberturk”-də yazılıb.
Məlumata görə, şübhəlilər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın müşaviri Səud bin Abdullah əl-Kahtani və Baş Kəşfiyyat İdarəsi sədrinin müavini, general Əhməd Asiridir.
Xatıradaq ki, oktyabrın 2-də “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Onun qətlinin Krallıqda planlaşdırıldığı bildirilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB