Demokratiya adı altında diktatura rejiminin daha da möhkəmləndirilməsi istiqamətində Ermənistanda planlı şəkildə siyasət yürüdülür və artıq polisin də bu planı həyata keçirməyə cəlb olunması diktatura rejiminin təsdiqidir. Erməni polisi Nikol Paşinyanın rəqiblərinə qarşı təhdidlərdən, hədələrdən istifadə edərək mübarizədən çəkindirməyə çalışır və bu təzyiqləri Ermənistan hələ də demokratiya adlandırmağa çalışır.
Erməni polisinin başı hədələr etməyə qarışıb və hüquq mühafizə orqanları yalnız təhdidlərlə məşğuldur
Artıq Ermənistana məxsus Kütləvi İnformasiya Vasitələri (KİV) də etiraf edir ki, ölkədə demokratiyadan danışmaq olmaz və hazırda tətbiq olunan təzyiqlər, təhdidlər yalnız diktatura rejimindən xəbər verir. Ermənistan parlamentinin vitse-spikeri, sabiq prezident Serj sarkisyanın sədlik etdiyi Respublikaçılar partiyasının üzvü Arpine Ovannisyan belə çəkinmədən bəyan edir ki, Nikol Paşinyanın göstərişi əsasında ölkənin güc strukturları 9 dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində qələbə şansı yüksək olan rəqib partiyalara qarşı təhdid metoduna keçiblər.
Özünün “Facebook” səhifəsində parlamentin vitse-spikeri məlumat verir ki, Paşinyanın tərəfdarları tərəfindən özünə və ailə üzvlərinin həyatına qarşı hədələr olur. Hətta o bu hədələr barəsində şikayət etməsinə baxmayaraq, polis müvəqqəti hökumətə müxalif olanların ünvanına təhdidlərlə bağlı nədənsə cinayət işi açmır. Əksinə, erməni polisinin başı hədələr etməyə qarışıb və hüquq mühafizə orqanları yalnız təhdidlərlə məşğuldur.
Paşinyan və onun kamandası öz ənənəsinə müvafiq olaraq saxtakarlıq etməkdə davam edir
Ermənistana məxsus KİV-lər etiraf edirlər ki, Respublikaçılar partiyasının əməkdaşlarını, seçki qərargahının işçilərini və onların yaxınlarını daha çox təhdid edirlər. Hətta hədə-qorxu belə gəlməkdən çəkinmirlər ki, Respublikaçılar seçki məntəqələrində 10 faizdən çox səs toplasalar, onda onların ciddi problemləri olacaq. Bir sözlə, erməni mediası artıq diktaturanı nəinki etiraf edir, bu rejimin bütün antidemokratik addımlarını, bütün saxtakarlıqlarını belə işıqlandırır. Bəlli olur ki, Paşinyan və onun kamandası öz ənənəsinə müvafiq olaraq saxtakarlıq etməkdə davam edir. Seçkilərin də indidən saxtalaşdırıldığı qəti şəkildə inkar edilə bilməz və ölkədə demokratiya adlandırılmağa cəhd olunan saxtakarlıq bütün ictimaiyyətə əyandır. Hətta səsvermə gününədək Paşinyanın rəqiblərinin ölkəni müvəqqəti tərk etməyə məcbur edilməsi faktı da təsdiq edir ki, bu demokratiya libasında erməni diktaturasıdır.
Parlament seçkiləri ərəfəsində Ermənistan polisinin seçici siyahılarına ciddi dəyişikliklər etdiyi də gizlin deyil. Erməni politoloq, jurnalist David Stepanyan qeyd edir ki, 2017-ci illə müqayisədə Ermənistanda seçicilərin sayı 13,5 min nəfər ixtisar olunub. Hazırda Ermənistanda seçicilərin ümumi sayı 2 milyon 574 min 916 nəfərə enib ki, bu da yalnız Ermənistan polisin müdaxiləsi sayəsində qeydə alınıb.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, seçici sayını ixtisar etməkdə məqsəd, Paşinyanın rəqiblərinin sayını azaltmaqdır. Hətta erməni KİV-ləri polisin ixtisara saldığı seçicilərin əvvəllər Respublikaçıların daimi qələbə çaldıqları dairələrdə qeydə alındığını da gizlətmir. Deməli, Paşinyan və onun tərəfdarları heç nədən çəkinmədən rəqib düşərgənin tərəfdarlarını indidən zərərsizləşdirir və bu yolda qanunsuz əməllərinə sərhədd belə qoymurlar. Nə səs hüquqları, nə seçici hüquqları, nə də heç bir konstitusyon haqları qorunmayan, əksinə tapdalanan bir ölkədə demokratiyanın olduğunu iddia etmək üçün erməni xisləti belə az imiş və yalnız Paşinyan kimi simasız olmaq lazım gəlirmiş.
Əvvəlcə kütləni polislə toqquşdurub, sonra polisin “xidmətindən” istifadə edən hiyləgər erməni əhalinin də gözünü bu vaxta qədər bağlaya bilib
Hakimiyyəti qısa müddətə zəbt etdikdən sonra parlament seçkilərində mütləq qələbəni təmin etmək üçün Respublikaçılarla mübarizədə əhəmiyyətli üstünlüyə nail olmağın mümkünsüzlüyünü çoxdan anlayan Nikol Paşinyan, əvvəlcə deputatların majoritar yox, proporsional qaydada seçilməsi üçün Ermənistanın Seçki Məcəlləsində dəyişiklik etməyə cəhd göstərirdi. Cəhdləri böşa çıxan, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən dırnaqarası demokratın bu fiaskodan sonra “seçkilərin şəffaflığı” adı altında indi də polisin belə qanunsuz “xidmətindən” istifadə etməsi saxtakarlığın və simasızlığın son həddidir.
Maraqlıdır, bu vaxta qədər idarəedilməz kütlənin gücündən sui istifadə edən, yeri gəldi-gəlmədi istənilən qurumu, istənilən siyasi qüvvəni kütlə ilə hədələyən bu avantürist indi polisin dırnaqarası xidmətindən niyə və hansı üzlə istifadə edir? Məgər, polislə kütləni üz-üzə qoyan da elə Nikol adlı bu hiyləgər küçə nümayişçisi deyildimi? Görəsən, erməni polisi onları xalqla, kütlə ilə üz-üzə qoyan bu manipulyatorun “qulluğunda” niyə dayanır?
Digər bir diqqət çəkən məqam isə ondan ibarətdir ki, kütləni hakimiyyətlə, polislə üz-üzə qoyan, kütlənin gücünə arxalanan, kütlənin polislə toqquşması hesabına hakimiyyəti zəbt edən nümayişçi yenidən hakimiyyəti qamarlamaq üçün artıq kütlədən üz döndərəsi oldumu? Yaxud, indi polisi seçən bu hiyləgər bir küçə nümayişçisi sonra hansı üzlə xalq deyə kütləyə arxalanacaq? Bu adam əvvəlcə kütləni polislə toqquşdurub, sonra polisin “xidmətindən” istifadə edəcək qədər hiyləgərliyə malik olduğu üçün, ola bilsin erməni əhalinin də gözünü bu vaxta qədər bağlaya bilib. Amma bundan sonra nəyə nail olacağı suallar doğurur. Çünki, erməni ictimaiyyəti artıq anlamalıdır ki, Paşinyan hakimiyyət naminə yalnız kim lazım olursa onu istifadə edir və lazım gəlmədikdə lazımsız hesab edə bilir.
Küçə nümayişçisi hakimiyyəti naminə indi kütləni də oyunlarına qurban verir, ölkənin qanunlarını, xalqın konstitusyon hüquqlarını da
Erməni ictimaiyyəti artıq fərqindədir ki, polis Paşinyanın tapşırığı ilə seçici hüquqlarını əllərindən alır. Kütlə bir zaman polislə qarşı-qarşıya gəlib çiyinlərində hakimiyyətə gətirdiyi bir nümayişçinin bir müddət sonra öz əleyhinə davranacağını, həmin polisi onlara qarşı çevirəcəyini heç aqlına belə gətirə bilməzdi və belə hiyləgərliyi təsəvvür belə etmirdisə də, indi onun oyunları, eyni zamanda simasızlığı göz qabağındadır. Çətin ki, bundan sonra Paşinyan xalqa güvənə, etibar edə bilə. Yaxud, xalqın bundan sonra Paşinyan kimi birinə arxa duracağı heç inandırıcı görünmür.
Hadisələrin gedişi təsdiq edir ki, idarəedilməz kütlədən istifadə edən bir küçə nümayişçisi hakimiyyəti naminə indi kütləni də oyunlarına qurban verir, ölkənin qanunlarını, xalqın konstitusyon hüquqlarını da. Təhdidlərlə, təzyiqlərlə, siyahıların saxtalaşdırılması ilə, yaxud hansı yolla olur-olsun minlərlə seçicini seçkidən kənarlaşdırmaqla vətəndaşların haqları tapdanırsa, bu ölkənin seçkilərini də, elə ölkəni də demokratik hesab etmək olmaz. Nikol Paşinyan nə qədər car çəkib bütün dünyaya Ermənistanı demokratik dövlət kimi tanıtmağa cəhd etsə də bu ölkə diktatura kimi tanınır. Bir sözlə, Ermənistana nə qədər demokratiya libası geyindirilsə də, bu tipik erməni diktaturasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB