Ukrayna ordusu Rusiya ilə sərhəddə yığılır Poroşenko qərar verdi

Ukrayna prezidenti Pyotr Poroşenko hərbi vəziyyət müddətində ölkə ordusunun Rusiya Federasiyası ilə sərhəddə toplaşacağını deyib. SİA xəbər verir ki, onun sözlərini UNİAN xəbər agentliyi yayıb.

“Ukrayna sərhədlərinin müdafiəsinin güclənədirilməsi məqsədi ilə ordu bölmələri RF sərhədlərinə yaxın ərazilərdə dislokasiya olunacaq”, deyə ukraynalı prezident bildirib.

O, eyni zamanda qeyd edib ki, ölkədə hərbi təlimlərə başlanılacaq, hərbi vəziyyət elan edilmiş vilayətlərdə isə ilk olaraq, rezerv həbri qulluqçular da daxil olunmaqla hərbi təlimlər keçiriləcək.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə