Azərbaycan prezidenti idmanın inkişafında xidmətlərinə görə bir sıra idman adamlarına fəxri adlar verib
Azərbaycan prezidenti İlham Əliyev idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Azərbaycanda idman sahəsinin inkişaf etdirilməsində xidmətlərinə görə Eyyubov Fazil Araş oğlu, Əhmədov Sarı Məhəmməd oğlu, Fərəcov Eldar Məmməd oğlu, Hacıyev Yavər Hacı oğlu, Həsənov Azər Kamal oğlu, Mehdizadə Elçin Eldar oğlu, Məmmədov Aydın Qasım oğlu, Rəhimov Rüstəm Tələt oğlu, Şahniyarov Səməd Nəbi oğlu və Şərifov Hicran İbrahim oğluna "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Gülməmmədov Tofiq Attıxan oğlu "Əməkdar Jurnalist", Məmmədov Leysan Novruz oğlu "Əməkdar Mühəndis" fəxri adları verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB