"Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dəyişikliklər olacaq" AÇIQLAMA-ÖZƏL
“Mənim fikrimcə, Ermənistanda parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dəyişikliklər olacaq. Seçkilərdən sonra Putinin variantı işə düşəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
Ermənistana Rusiyadan “Lazerov” adı ilə bir qrup insanın gəldiyini xatırladan politoloq söyləyib ki, bununla Rusiya onun üçün bir nömrəli adamın Koçaryan olduğunu göstərmək istədi: “Amma səhəri gün Rusiya prezidenti Vladimir Putin KTMT-nin baş katibinin seçilməsi məsələsini təxirə saldı. Çünki, əgər Paşinyanın seçildiyi dövrdə KTMT-yə qeyri-erməni yəni Belarus nümayəndəsi seçilsəydi, o zaman seçicilər gərək Paşinyana səs verməzdilər. Putin Paşinyanın seçkidə qalib gəlməsində maraqlıdır. Nikol Paşinyan seçilən kimi də 7 rayonun Azərbaycana qaytarılması, Meğri dəmiryolunun açılması məsələsi öz həllini tapacaq. Bu yolun açılması təkcə Azərbaycan-Ermənistan arasında əlaqələrin açılması deyil, həm də Ermənistanla-Rusiya arasında əlaqənin açılması deməkdir. Bu baxımdan düşünürəm ki bütün məsələlər plan üzərində gedir və müsbət nəticələrini yaxın zamanda görəcəyik”.
Son günlər Ermənistanda Paşinyanın Qarabağı vermək üçün hakimiyyətə gəlməsi ilə bağlı fikirlərə münasibətini bildirən M. Əhmədoğlu söyləyib ki, buna səbəb uzun illik siyasi fəaliyyəti dövründə heç zaman Qarabağ klanının mövqeyini dəstəkləməyən Paşinyanın baş nazir seçildikdən sonra mövqeyini dəyişməsinin Ermənistanda səmimi qəbul edilməməsidir: “Həqiqətdir ki, Ermənistanın baş nazir vəzifəsini yerinə yetirən Nikol Paşinyan öz siyasi fəaliyyəti dövründə Qarabağ məsələsində heç zaman Qarabağ klanının mövqeyini dəstəkləməyib. Əksinə o hər zaman Levon Ter-Petrasyanın tərəfdarı olub və onun mövqeyini dəstəkləyib. Xatırladım ki, Petrasyanın mövqeyini də işğal altında olan 7 rayonun Azərbaycana geri qaytarılması, lakin Qarabağın statusunda erməniləri üçün hansısa addım atmaqdan ibarətdir. Paşinyan hətta “məxməri inqilab” dövründə də Dağlıq Qarabağa bağlı separatçı rejimin mövqeyini bildirməyib. Hətta o Koçaryan, Sarkisyanın Dağlıq Qarabağla bağlı dediklərini lağa qoyub. O yalnız baş nazir seçildikdən sonra Dağlıq Qarabağla bağlı mövqeyini sərtləşdirdi. 30 illik siyasi fəaliyyətinin yalnız son 3-4 ayında millətçi şüarlar səsləndirən Paşinyanın bu addımları Ermənistanda inanılmır, səmimi qəbul edilmir. Bu baxımdan Paşinyanın bu addımları saxtakar millətçi mövqeyi hesab edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB