Sabah Müsavat Məclisinə yeni sədr seçiləcək. SİA-nın məlumatına görə, bununla bağlı forum Müsavat partiyasının qərargahında keçiriləcək. Qeyd edək ki, Arzu Səmədbəyli Məclis sədrliyinə alternativsiz namizədliyini irəli sürüb. Partiyanın qərargahında keçiriləcək iclasda bir sıra mühüm qərarların qəbul olunacağı gözlənilir.
Məclis sədrliyinə iddialı olan Adil Qeybulla Məclisin iclasından sonra Müsavatda qalıb-qalmaması barədə qərar verəcək. Eyni zamanda iclasda Müsavatın AXCP ilə birləşməsi barədə müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB