Almaniyada 300 min saxta avro düzəldən iki azərbaycanlı həbs olunub

Almaniyada 300 min saxta avro düzəldən iki azərbaycanlı həbs olunub

Almaniyada 300 min saxta avro düzəldən iki azərbaycanlı həbs olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Almaniyanın Bavyera əyalətində polis 300 min avro saxta pulu düzəldən şəbəkəni həbs edib. Aparılan araşdırmalar zamanı bəlli olub ki, şəbəkə üzvlərinin heç biri alman əsilli deyil. Belə ki, 3 bolqar, 2 azərbaycanlı və 1 kamerunludan ibarət olan 6 şəbəkə üzvü hazırladığı saxta pulu Şveynfurt şəhərində dövriyyəyə buraxmaq istəyirmiş.

 

Saxta pulun çox keyfiyyətli hazırlandığını bildirən polis bunun normal yoxlama vaxtı müəyyən olunmasının mümkün olmadığını deyib. Qeyd edək ki, məhkəməyə çıxarılan şəbəkə üzvləri barəsində həbs qərarı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə