Prezident Administrasiyasının şöbə müdiri: "Xaricdə təhsil alan azərbaycanlı tələbələrin çox az qismi bu və ya digər səbəblərdən geri qayıtmırlar"

Prezident Administrasiyasının şöbə müdiri: "Xaricdə təhsil alan azərbaycanlı tələbələrin çox az qismi bu və ya digər səbəblərdən geri qayıtmırlar"

"Xaricdə təhsil alan azərbaycanlı tələbələrin çox az qismi bu və ya digər səbəblərdən geri qayıtmırlar. İstər maliyyə, istər digər sıxıntıları ola bilər. Təbii ki, onlar da təhsl aldıqları ölkələrdə qaldıqları zaman Azərbaycanın diaspor siyasətinin tərkib hissəsinə çevrilirlər".

SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Xaricdə təhsil alan azərbaycanlı tələbələrin böyük bir qismi təhsilini bitirdikdən sonra Azərbaycana qayıtmır. Bu məsələyə münasibətiniz necədir" sualını cavablandırarkən deyib.

E. Aslanov məsələnin qoyuluşu ilə razı olmadığını söyləyib: "Çünki hər hansı bir xaricdə yaşayıb, təhsil alan Azərbaycan vətəndaşı bizim hal-hazırda apardığımız informasiya müharibəsinin tərkib hissəsidir. Nə qədər ki, Azərbaycanla Ermənistan arasında münaqişə çözülməyib, informasiya müharibəsi aparılacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə