“Mənim addımım” blokunda ziddiyyətlər davam edir "JAMANAK"

“Mənim addımım” blokunda ziddiyyətlər davam edir "JAMANAK"

“Jamanak” qəzetinin yazdığına görə, “Mənim addımım” seçki blokunda ziddiyyətlər davam edir. SİA adıçəkilən erməni nəşrinə istinadən xəbər verir ki, Armavirin meri David Xudatyan deputatlığa namizəd kimi Sirak Sarkisyanı dəstəkləyir. Belə ki, qubernatorun özü Nikol Paşinyanın lideri olduğu “Vətəndaş sazişi” partiyasının ərazi üzrə strukturuna rəhbərlik etdiyinə görə, təşkilatın ofisində yalnız Sirak Sarkisyanın təbliğat plakatları yapışdırılıb və bu amil “Mənim addımım” blokundan deputatlığa namizədlikləri irəli sürülmüş digər şəxslərdə kəskin narazılıq yaradır.

Qubernator Ambarsum Marevosyan isə digər namizəd Narek Mkrtçyanı dəstəkləyir. Vitse-qubernator Karen Qriqoryan isə özünün deputat olması üçün fəaliyyət göstərir. “Vətəndaş sazişi” partiyasının rəhbərliyi yerlərdə öz namizədlərini dəstəkləyirlər, lakin onların dəstəklənməsi məsələlərində böyük ehtiyatlar edirlər”, nəşr yazır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə