Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, Alaverdidə fəaliyyət göstərən və oktyabrın 18-də bağlanan misəritmə zavodunun bir neçə işçisi artıq Ermənistanı tərk ediblər. SİA adıçəkilən erməni nəşrinə istinadən bildirir ki, zavodun işçiləri rəhbərliyindən bu gün müəssisənin işləyib-işləməyəcəyi barədə dəqiq məlumat öyrənəcəklər. “Metallurgiya sexinin işçisi Armen Kirakosyan qəzetin müxbiri ilə söhbətində bildirib ki, o və digər işçilər hələ də ümid edirlər”, deyə yazan erməni nəşri onların zavodun heç olmasa müvəqqəti işləyəcəyinə ümid etdiklərini qeyd edib.
“Buna qədər isə, zavodun bir neçə işçisi artıq Ermənistanı tərk ediblər. Əgər bu məsələ öz həllini tapa bilməsə, onda ölkəni tərk edənlərin də sayı artacaq”, adıçəkilən qəzet yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB