“Nəyə görə biz özümüzü aldatmalıyıq ki, o bizim maçodur və gedib mübarizə aparır?” PAŞİNYANA SUAL

“Nəyə görə biz özümüzü aldatmalıyıq ki, o bizim maçodur və gedib mübarizə aparır?” PAŞİNYANA SUAL

Ermənistan parlamentinin deputatı Armen Aşotyan hesab edir ki, Ermənistan təmsilçisinin KTMT-nin baş katibi olub-olmaması məsələsi kinoya çevrilib. SİA erməni mətbuatına istinadən xəbər verir ki, sözügedən məsələ ətrafında fikirlərini bildirən Armen Aşotyan bu serial məhz Yuri Xaçaturovun KTMT-nin baş katibi postundan uzaqlaşdırılması ilə başlayıb: “Bu kinonun hansı səbəblərdən başladığınıı unutmayın və siyasətdə serial psixologiyası ilə yaşamayın. Serial psixologiyası nədən ibarətdir? Yeni seriala baxarkən, köhnələrini yadından çıxarırsan. Ermənistanın KTMT-dəki serialı ölkədaxili Yuri Xaşaturova münasibətdə və bu quruma qarşı hörmətsizliyi nümayiş etdirən siyasi maraqların səviyyəsiz diktəsi ilə başladı. Bu mövzu isə, dəqiqdir ki, göydən düşməyib”.

Parlamentdə jurnalistlərlə söhbətində danışan Armen Aşotyan həmçinin hesab edib ki, hakimiyyət nümayəndələri indi də bu siyasətin fəsadlarını bütün xalqa sırımağa başlayıblar. O, Nikol Paşinyanın “hər kəs bizimlə hesablaşacaq” bəyanatına da ilginc fikir səsləndirib. “Nəyə görə biz özümüz-özümüzü aldatmalıyıq ki, o bizim maçodur və gedir, mübarizə aparır və s.?”, erməni deputatı sual edib.

Armen Aşotyan bəyan edib ki, Nikol Paşinyan bənzər bəyanatları ilə Ermənistanın dekabrın 6-da geri çəkilməsi yolunu açıb. “Onda nəyə görə o, eyni zamanda baş katib vəzifəsinin ikinci məsələ olduğunu da deyib?”, Aşotyan növbəti sualını baş nazirə xitabən verib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə