Azərbaycanın Misirdəki səfiri Qahirə Universitetində mühazirə oxuyub

Azərbaycanın Misirdəki səfiri Qahirə Universitetində mühazirə oxuyub

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayevin Qahirə Universitetinin İqtisadi və Siyasi Elmlər fakültəsində universitetin müəllim və tələbə kollektivi qarşısında mühazirəsi təşkil olunub. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Qahirə Universitetinin Siyasi Elmlər fakültəsinin professoru və Sivilizasiyaların tədqiqi və Mədəniyyətlərin dialoqu mərkəzinin direktoru Dr. Pakinam Əl-Şərqavi Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olan bir dövlət olduğunu qeyd edib.

Tədbirdə iştirak Misirin xarici işlər nazirinin müavini Səfir Məhəmməd Orabi Bakıya səfər etdiyini xatırladaraq, zəngin mədəniyyəti və tarixi olan Azərbaycanın qlobal siyasətdə və sivilizasiyalararası dialoqda xüsusi rolu və çəkisi olduğunu vurğulayıb.

Səfir Ş.Abdullayev 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanın şərqin ilk demokratik respublikası olaraq, 1918-1920-ci illərdə mövcud olub.

Ş.Abdullayev müstəqilliyinin ilk illərindən Azərbaycan Respublikasının təhlükəsizlik və xarici siyasət kursunun dəyişən beynəlxalq münasibətlər sistemi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, müasir dünyaya xas olan təhlükə və risklər, ölkənin geo-strateji mövqeyi və zəngin karbohidrogen resurslarının olması kimi amillər əsasında formalaşdığını mühazirə iştirakçılarının nəzərinə çatdırıb.

Azərbaycanın müstəqillik tarixinə toxunan Səfir Ş.Abdullayev ulu öndərimiz Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi və bununla da Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib, Əsrin kontraktı və Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu işləri və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün sahələrdə dinamik inkişafı barəsində ətraflı məlumat verib.

Mühazirədən sonra, Səfir Ş.Abdullayev Ermənistan-Azərbaycan münaqişəsi, Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti, Xəzər dənizinin hüquqi statusu və Azərbaycanın İsrail-Fələstin münaqişəsinə dair mövqeyi barədə Universitetin müəllim-tələbə kollektivinin çoxsaylı suallarını cavablandırıb.

Səfir Ş.Abdullayev eyni zamanda Misirin Nil xəbər peyk telekanalında 30 dəqiqəlik canlı müsahibəsi efirə gedib. Verilişdə 2000-2003-cü illərdə Misirin Bakıdakı Mədəniyyət mərkəzinin direktoru olmuş Saleh Məşəl də iştirak edib.

Verilişdə çıxış edən Səfir Ş.Abdullayev Azərbaycanın zəngin tarixi irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, adət-ənənələri, Azərbaycan xalqının ərəb-İslam dünyası ilə tarixi əlaqələri barədə ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə