Deputat: "Cahangir Hacıyevin mülkləri satılıb şəhid ailələrinə verilsin"

Deputat: "Cahangir Hacıyevin mülkləri satılıb şəhid ailələrinə verilsin"

"Azərbaycanın ərazi bütövlüyü uğrunda 24 min insan şəhid olub. Mən də bu döyüşdə iştirak edənlərdən biriyəm. Evini, maşınını satıb gedib ov tüfəngi alıb, ən müxtəlif yollarla ermənilərlə döyüşlərdə iştirak edib, şəhid olanlar var. Niyə bunlar yaddan çıxmalı, polis işçiləri unudulmalıdır?". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Deputat bildirib ki, 11 min manat vəsait şəhid hərbi qulluqçularının vərəsələrinin hamısına verilsə, bu, 264 milyon manat maliyyə vəsaiti edir: "Dövlətin büdcəsində müəyyən məhdudiyyətlər var. Bu vəsaitin ödənilməsinə imkan yoxdur. Ona görə Cahangir Hacıyevin Londonda, Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, obyektləri, maşın kolleksiyaları satılsın və həmin vəsait şəhid hərbi qulluqçularının ailələrinə verilsin. Çünki, o da dövlətin, xalqın puludur. Buna görə də bu haqda düşünmək və məqsəd uğrunda ciddi addımların atılmasına ehtiyac var".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə