"Parlament dəfələrlə Paşinyanın qərarlarına mane olub" ÖZƏL-RƏY
“Ermənistanda növbədənkənar parlament seçkilərinin təşkili və keçirilməsi üçün hökumətin ehtiyat fondundan Mərkəzi Seçki Komissiyasına 2,7 milyard dram (təxminən 6 milyon dollar) ayrılacaq. Ədliyyə Nazirliyinə də Seçki Məcəlləsinin 10 min nüsxədə çapı üçün əlavə 10 milyon dram (20 min dollar) ödəniləcək”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.
Onun sözlərinə görə, polis əlavə 224 milyon dram (təxminən 460 min dollar) əldə edəcək: “Bu məbləğin böyük hissəsi seçici siyahılarının dəqiqləşdirilməsi üçün nəzərdə tutulub. Ermənistan baş nazirinin birinci müavininin səlahiyyətlərini yerinə yetirən Ararat Mirzoyan qeyd edib ki, seçkilər “bahalı əyləncədir, xüsusən də növbədənkənar olanda”. Seçkilərin keçirilməsi üçün ölkə eyni zamanda beynəlxalq təşkilatlardan da dəstək alacaq.
Seçkilərin təşkili və keçirilməsi üçün nəzərdə tutulan məbləğdən başqa Ermənistan BMT-nin himayəsi altında beynəlxalq və donor təşkilatlarından, o cümlədən də video-nəzarət avadanlıqlarının quraşdırılması, maarifləndirici materialların çapı üçün dəstək alacaq.
Yazdan etibarən Ermənistan parlament idarə üsuluna keçib. Amma bundan dərhal sonra ölkədə “məxməri inqilab baş verib”. Parlamentdə çoxluğa sahib olmayan siyasi qüvvə hakimiyyətə gəlib. Bu siyasi qüvvənin lideri Nikol Paşinyan baş nazir olub, amma parlament dəfələrlə onun qərarlarına mane olub.
Ümumilikdə ölkədəki ekspertlər vəziyyəti belə dəyərləndirir. Parlament xalqın iradəsini əks etdirmir. İş orasındadır ki, 2017-ci il parlament seçkilərində Ermənistan Respublika Partiyası qələbə qazanıb. Amma 2018-ci ilin yazında “məxməri inqilab” gedişatında on minlərlə insan müxalifətlə birlikdə küçələrə axışaraq hakimiyyətə qarşı çıxıb və onun devrilməsinə nail olub. Növbədənkənar parlament seçkiləri “inqilabçı hakimiyyət” üçün parlamentdə çoxluğa nail olmaq şansıdır.
Seçkilərdə hansı qüvvələr iştirak edəcək?
Növbədənkənar parlament seçkilərinin üstün tərəfi hələ ki, Nikol Paşinyanın “Mənim addımım” bloku hesab edilir. Siyasi qüvvə artıq rəsmən seçkilərdə iştirak etmək niyyətini açıqlayıb. Seçkidə həmçinin “Çiçəklənən Ermənistan”, “Maariflənmiş Ermənistan”, “Respublika”, “Ermənistan Demokratik” partiyaları iştirak edəcək. Hələlik aydın deyil ki, keçmiş iqtidar partiyası – hələ də liderinin eks-prezident Serj Sərkisyanın olduğu Ermənistan Respublikaçılar Partiyası seçkilərə qatılacaq, ya yox. Lakin hazırki gedişat onu göstərir ki, Respublikaçılar Partiyası seçkilərdə iştırakı onun gələcəkdə bir partiya kimi varlığını sual altında qoyur. Bununla yanaşı partiyanın parlamentdə təmsil olunub, olunmayacağı da sual altındadır. Düşünürəm ki, bütün bu proseslər onu göstərir ki, Respublikaçılar Partiyası parlamentdə təmsil olunma üstünlüyünü itirəcək, hətda bu cür gedişatla partiyanın parlamentdə təmsil olunması da qəliz məsələdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB