ABŞ da daxil olmaqla Rusiya xaricdə keçirilən hər hansı seçkilərə müdaxilə etməyib və müdaxilə etmir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov jurnalistlərə açıqlamasında deyib.
Moskva mövcud problemləri həll etmək üçün Vaşinqtonla dialoqun tərəfdarıdır, lakin indiyə qədər Rusiya-Amerika münasibətlərinin normallaşması üçün parlaq perspektivləri görünmür", - deyə Peskov bildirib.
Onun sözlərinə görə, aralıq seçkilərdən sonra Birləşmiş Ştatlarda daxili siyasi vəziyyətin pis və ya daha yaxşı olması ilə bağlı qərarı amerikalılar özləri verəcəklər. Kremlin bu qərara müdaxilə etmək arzusu yoxdur.
“Biz böyük əminliklə deyə bilərik ki, hazırda rus-Amerika münasibətlərinin normallaşması üçün parlaq perspektiv yoxdur”,- deyə Mətbuat katibi söyləyib.
Peskov söyləyib ki, ancaq bu, o demək deyil ki, biz dialoq üçün səy göstərmir və ya dialoq istəmirik: “ Rus-amerika ünsiyyətini tələb edən çoxsaylı problemlərimiz var: bura strateji sabitlik və silahların idarə edilməsi və digərləri daxildir”.
Aralıq seçkilərin iki ölkə arasında münasibətlərdə daha da gərginlik yarada bilərmi sualına cavab verən Peskov deyib: “Düşünmürəm ki, vəziyyət bundan artıq çətinləşə bilər. Çünki, hazırda vəziyyət kifayət qədər çətindir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB