Paşinyan tərəfindən devrilmiş prezident Serj Sarkisyana baş nazirin aparatı tərəfindən “təhlükəsizliyinin qorunması məqsədi ilə” iki dəfə ev təklif olunub. Lakin Sarkisyan bu təklifləri rədd edib. SİA xəbər verir ki, bu barədə erməni mətbuatına baş nazirliyin aparat rəhbəri Eduard Ağacanyan deyib.
“Serj Sarkisyan bu təklifləri iki dəfə rədd edib. Bu baxımdan, ona ev verilməyib”, deyə Ağacanyan bildirib.
Onun sözlərinə görə, qanun dövlətin üzərinə dəqiq vəzifə qoyub ki, istefaya getmiş prezidentin təhlükəsizliyi ilə yanaşı, o həm də evlə də təmin olunsun.
“Hətta Serj Sarkisyan evdən imtina edərsə belə, burada qanun tənzimlənməsi mövcuddur”, deyən Paşinyan hökumətinin rəsmisi onu da bildirib ki, evdən imtinası üçün Sarkisyan yazılı şəkildə imtina ərizəsi yazmalıdır.
Xatırladaq ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan istefa ərizəsi yazmağa məcbur edildikdən sonra hökumət bağını tərk edərək, açarları təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB